Türkiyənin Mardin vilayətinin Darkeçid mahalında PKK-çılarla atışmada 2 hərbçi həlak olub.
Axar.az xəbər verir ki, sözügedən mahalda hərbçilərin postu terrorçular tərəfindən raket və pulemyotlardan atəşə tutulub.
Məlumata görə, hadisə nəticəsində 4 hərbçi və 1 mülki şəxs yaralanıb.
Yaralılar dərhal xəstəxanalara çatdırılsa da, 2 hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Terrorçuların tutulması istiqamətində bölgədə axtarışlara başlanılıb.