Главная > Problem > PKK-dan növbəti hücum: 2 şəhid

PKK-dan növbəti hücum: 2 şəhid


3-09-2016, 01:16.

Türkiyənin Mardin vilayətinin Darkeçid mahalında PKK-çılarla atışmada 2 hərbçi həlak olub.

 

Axar.az xəbər verir ki, sözügedən mahalda hərbçilərin postu terrorçular tərəfindən raket və pulemyotlardan atəşə tutulub.

 

Məlumata görə, hadisə nəticəsində 4 hərbçi və 1 mülki şəxs yaralanıb.

 

Yaralılar dərhal xəstəxanalara çatdırılsa da, 2 hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

 

Terrorçuların tutulması istiqamətində bölgədə axtarışlara başlanılıb.


Вернуться назад