Avqustun 17-dən 18-nə keçən gecə İstanbulda naməlum şəxslər tərəfindən güllənərək qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranski bu gün Lənkəranda dəfn edilib.
Uluyol.info-nun Lənkərana ezam olunan müxbiri Elnur Ağayevin bildirdiyinə görə hadisə baş verən gündən Lənkərana insan axını,maşın karvanları hərəkət etməkdədi.Dünən gecə Lənkəran Aeroportunda minlərlərlə insan R.Lənkəranskinin cənazəsin qarşılayıblar.
Bu gün səhər saatlarında İmam Hüseyn məscidində dinimizin buyurduğu əməllərlə meyit yuyulub.Rayonun bütün məscidlərində eyni vaxtda azan səsləri eşidilib.İmam Hüseyn məscidindən cənazəsi götürülən R.Lənkəranski ilə vidalaşmağa minlərlə insan gəlib.Saat 10 radələrində Kiçik Bazar qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.
Ölkə mətbuatında yayılan xəbərlərə görə kriminal avtoritetlərdən dəfndə iştirak edə bilməyənlər bu gün mərhumun ailəsinə başsağlığı verməyə gələcəklər.
Uluyol.info