Главная > Region > Rövşən Lənkəranski izdihamla son mənzilə yola salındı-VİDEO

Rövşən Lənkəranski izdihamla son mənzilə yola salındı-VİDEO


19-08-2016, 12:31.

Gürcü və rus avtoritetlər Lənkərana gəlir -

Avqustun 17-dən 18-nə keçən gecə  İstanbulda naməlum şəxslər tərəfindən güllənərək qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranski  bu gün   Lənkəranda dəfn edilib.

Uluyol.info-nun Lənkərana ezam olunan müxbiri Elnur Ağayevin bildirdiyinə görə hadisə baş verən gündən Lənkərana insan axını,maşın karvanları hərəkət etməkdədi.Dünən gecə Lənkəran Aeroportunda minlərlərlə insan R.Lənkəranskinin cənazəsin qarşılayıblar.

Bu gün səhər saatlarında İmam Hüseyn məscidində dinimizin buyurduğu əməllərlə meyit yuyulub.Rayonun bütün məscidlərində eyni vaxtda azan səsləri eşidilib.İmam Hüseyn məscidindən cənazəsi götürülən R.Lənkəranski ilə vidalaşmağa minlərlə insan gəlib.Saat 10 radələrində  Kiçik Bazar qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.

Ölkə mətbuatında yayılan xəbərlərə görə  kriminal avtoritetlərdən dəfndə iştirak edə bilməyənlər bu gün mərhumun ailəsinə başsağlığı verməyə gələcəklər.

Uluyol.info




Вернуться назад