Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. APA-nın məlumatına görə, təmsilçimiz "Qəbələ” də cavab oyununa çıxıb.

 

Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu "Lill”lə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar. "Qırmızı-qaralar” rəqiblərini 1:0 hesabla məğlub edərək, turnirin  pley-off mərhələsinə yüksəliblər. 

Beləliklə, "Qəbələ” ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində təmsil olunacaq.

 

Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirəcək.   

 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

4 avqust

 

"Qəbələ” (Azərbaycan) - "Lill” (Fransa) - 1:0

Qol: Filip Ozobiç, 34

 

Baş hakim: Aleksey Yeskov (Rusiya)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 1:1


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300