Müsavat Partiyası başqanı Arif Hacılı özünün "Facebook” səhifəsində Konstitusiya dəyişikliyi barədə yazdığı statusu Uluyol.info təqdim edir:

"Konstitusiyanın dəyişdirilməsi normal cəmiyyətlər üçün çox mühüm hadisədir.

Yalnız ciddi müzakirələr, ictimai debatlardan sonra referendum qərarının qəbul edilməsi mümkündür.

Bu da yalnız onilliklər ərzində bir dəfə baş verir.Azərbaycanda isə referendum keçirilməsi qərarı bir həftə ərzində, müzakirələrsiz, ictimai debatlar olmadan qəbul edildi.

Bu struktur dəyişikliyi deyil, dövlət quruluşu, idarəçilik sistemi dəyişdirilir. Prezident hakimiyyəti mütləqləşdirilir, parlament və Nazirlər Kabineti kimi hakimiyyət strukturlarının səlahiyyətləri bir qədər də məhdudlaşdırılır, mülkiyyət hüququna əl qoyulur. 


2 ay ölkənin siyasi həyatı bu məsələyə kilidlənəcək, milyonlarla vəsait xərclənəcək.Dəyişiklik təklifinin müəllifi isə bu dəyişikliləri nəinki müzakirəyə çıxartmır, hətta dəyişikliklərin hansı zərurətdən doğduğunu, hansı məqsədlə edildiyini belə açıqlamağı lazım bilmir. 


Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır. 


Bu davranış xalqa qarşı həqarətdir. 


Biz belə davranışa layiq xalq deyilik. 


Bizimlə belə davranışa layiq olmadığımızı təsdiq etməliyik"


ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300