Главная > Siyasət > Arif Hacılı: " Hətta krallar öz xalqı ilə belə davranmır"
Arif Hacılı: " Hətta krallar öz xalqı ilə belə davranmır"26-07-2016, 21:04. |
Müsavat Partiyası başqanı Arif Hacılı özünün "Facebook” səhifəsində Konstitusiya dəyişikliyi barədə yazdığı statusu Uluyol.info təqdim edir:"Konstitusiyanın dəyişdirilməsi normal cəmiyyətlər üçün çox mühüm hadisədir.
Yalnız ciddi müzakirələr, ictimai debatlardan sonra referendum qərarının qəbul edilməsi mümkündür. Bu da yalnız onilliklər ərzində bir dəfə baş verir.Azərbaycanda isə referendum keçirilməsi qərarı bir həftə ərzində, müzakirələrsiz, ictimai debatlar olmadan qəbul edildi. Bu struktur dəyişikliyi deyil, dövlət quruluşu, idarəçilik sistemi dəyişdirilir. Prezident hakimiyyəti mütləqləşdirilir, parlament və Nazirlər Kabineti kimi hakimiyyət strukturlarının səlahiyyətləri bir qədər də məhdudlaşdırılır, mülkiyyət hüququna əl qoyulur.
Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır.
ULUYOL.İNFO Вернуться назад |