Avropa Liqasının qrup mərhələsinin V tur matçında İngiltərə "Tottenhem”ini qəbul edəcək "Qarabağ” klubunun rəhbərliyinə təhlükəsizlik məsələlərində daha diqqətli olmaları tövsiyə edilib.

Uluyol.info  xəbər verir ki, bu barədə report-a oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev məlumat verib.

O bildirib ki, klubun baş meneceri Asif Əsgərova Nardaranda baş vermiş olaylarla əlaqədar arenada təhlükəsizliyə ciddi riayət olunmasının vacibliyini söyləyib:

"Bu məqsədlə hüquq-mühafizə orqanlarının əməkdaşları daha diqqətli davranmalı, tamaşaçıları stadiona buraxarkən onları ciddi yoxlamalıdırlar”.

Direktorun sözlərinə görə, oyun zamanı təhlükəsizliyi qorumaq üçün kifayət qədər qüvvə cəlb olunacaq:

"Stadionumuzu "Qarabağ” icarəyə götürdüyündən, təhlükəsizlik məsələləri də klubun üzərinə düşür. Amma biz də əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Məndə olan məlumata görə, təhlükəsizliyi 5 000-dək polis əməkdaşı qoruyacaq. Eyni zamanda, daxili qoşunların xidmətindən istifadə olunacaq”.

"Qarabağ”ın mətbuat xidmətindən "Report”a verilən məlumata görə, indiyədək oyuna 19 000 bilet satılıb. Klub ümid edir ki, təhlükəsizlik sarıdan heç bir problem olmayacaq.

Qeyd edək ki, "Qarabağ” – "Tottenhem” matçı saat 22:00-da başlanacaq.

 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300