Lüksemburqda yerli «Düdelanj» və Ağdamın «Qarabağ» futbol klubları arasında UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü 1:1 hesabı ilə başa çatıb.
Komandamızın yeganə topunu Reynaldo vurub.
Bir həftə əvvəl Bakıda keçirilmiş ilk oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatmışdı.
Beləliklə, "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ağdamlıların rəqibi Çexiyanın "Viktoriya Plzen" komandası olacaq.