Главная > İdman > "Qarabağ" üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı

"Qarabağ" üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı


20-07-2016, 21:06.

Lüksemburqda yerli «Düdelanj» və Ağdamın «Qarabağ» futbol klubları arasında UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü 1:1 hesabı ilə başa çatıb.

Komandamızın yeganə topunu Reynaldo vurub.

Bir həftə əvvəl Bakıda keçirilmiş ilk oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatmışdı.

Beləliklə, "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ağdamlıların rəqibi Çexiyanın "Viktoriya Plzen" komandası olacaq.


Вернуться назад