İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyədə baş verən hərbi çevrilişə cəhdin Tel-Əvivlə münasibətlərə təsir etməyəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin həftəlik toplantısında danışan Netanyahu iki ölkə arasında əldə olunan razılaşmanın qüvvədə qaldığını deyib:
"İsrail və Türkiyə bir müddət öncə razılığa gəlib. Türkiyədə həftə sonu meydana gələn dramatik hadisələrə baxmayaraq iki ölkə arasında münasibətlərin normallaşma prosesi davam edəcək”.
Xatırladaq ki, iyunun 27-də Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşması məqsədi ilə razılaşma imzalanmışdı.