Главная > Siyasət > Netanyahudan Türkiyə açıqlaması

Netanyahudan Türkiyə açıqlaması


18-07-2016, 00:52.
Netanyahudan Türkiyə açıqlaması
 
İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyədə baş verən hərbi çevrilişə cəhdin Tel-Əvivlə münasibətlərə təsir etməyəcəyini açıqlayıb.
 
Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin həftəlik toplantısında danışan Netanyahu iki ölkə arasında əldə olunan razılaşmanın qüvvədə qaldığını deyib:
 
"İsrail və Türkiyə bir müddət öncə razılığa gəlib. Türkiyədə həftə sonu meydana gələn dramatik hadisələrə baxmayaraq iki ölkə arasında münasibətlərin normallaşma prosesi davam edəcək”.
 
Xatırladaq ki, iyunun 27-də Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşması məqsədi ilə razılaşma imzalanmışdı.

Вернуться назад