almaniya5

Türkiyə və Ermənistan xəbər saytlarına istinadən bildirilir ki, türk vəkil Melih Akkurt tərəfindən iddia ərizəsi imzalanıb.

O bu addımını belə izah edib ki, "Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT konvensiyasının 6-cı maddəsinə görə genosid barədə hər hansı bir qərarı yalnız məhkəmə verə bilər.

Akkurt bu ərizəsini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə də izah edib.
Belə ki, AİHM Böyük palatasının 15 oktyabr 2015-ci il tarixli "Perinçek İsveçrəyə qarşı” qərarında "genosid cinayəti haqqında qərarın yalnız hadisənin həyata keçdiyi ölkənin səlahiyyətli məhkəməsi və ya beynəlxalq hərbi tribunal (Haaqa məhkəməsi) tərəfindən verilə biləcəyi göstərilib”.

Həmin qərarda parlamentlərin, hökumətlərin, akademik qurumların soyqırım qərarı verə bilməyəcəkləri qəti şəkildə bildirilib.

Bundan başqa, Almaniya parlamentində qərar qəbul edilərkən komissiyada hər hansı bir araşdırma qrupu təşkil edilməyib, Türkiyədən heç bir qurumun və ya şəxsin fikri və ya müdafiə ifadəsi alınmayıb.

"Bu isə BMT İnsan hüquqları Bəyannaməsinin 11-ci maddəsinə (Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə arasdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir-red.) ziddir”, – deyə vəkil bildirib.

Erməni mətbuatının yazdığına görə, Akkurtun ərizəsinin Almaniya konstitusiya məhkəməsində qəbul edilib-edilməyəcəyi hələ bəlli deyil. Çünki onların fikrincə, almanların qondarma "soyqırım” haqqında qərarında hər hansı bir şəxs və ya obyekt qınanmır.

Bundan başqa, Almaniyada, Bundestaq tərəfindən qəbul edilən qətnamənin konstitusiya məhkəməsinə verilməsi barədə presedent olmadığı deyilir.

Xatırladaq ki, Almaniya parlamenti tərəfindən qondarma erməni soyqırımı haqqında qətnamə bu ilin iyunun 2-də qəbul edilib.(Musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300