Главная > Aktual > Bundestaqın “erməni soyqırımı” haqqında qərarı ləğv oluna bilər
Bundestaqın “erməni soyqırımı” haqqında qərarı ləğv oluna bilər10-06-2016, 22:20. |
Türkiyə və Ermənistan xəbər saytlarına istinadən bildirilir ki, türk vəkil Melih Akkurt tərəfindən iddia ərizəsi imzalanıb. O bu addımını belə izah edib ki, "Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT konvensiyasının 6-cı maddəsinə görə genosid barədə hər hansı bir qərarı yalnız məhkəmə verə bilər. Akkurt bu ərizəsini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə də izah edib. Həmin qərarda parlamentlərin, hökumətlərin, akademik qurumların soyqırım qərarı verə bilməyəcəkləri qəti şəkildə bildirilib. Bundan başqa, Almaniya parlamentində qərar qəbul edilərkən komissiyada hər hansı bir araşdırma qrupu təşkil edilməyib, Türkiyədən heç bir qurumun və ya şəxsin fikri və ya müdafiə ifadəsi alınmayıb. "Bu isə BMT İnsan hüquqları Bəyannaməsinin 11-ci maddəsinə (Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə arasdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir-red.) ziddir”, – deyə vəkil bildirib. Erməni mətbuatının yazdığına görə, Akkurtun ərizəsinin Almaniya konstitusiya məhkəməsində qəbul edilib-edilməyəcəyi hələ bəlli deyil. Çünki onların fikrincə, almanların qondarma "soyqırım” haqqında qərarında hər hansı bir şəxs və ya obyekt qınanmır. Bundan başqa, Almaniyada, Bundestaq tərəfindən qəbul edilən qətnamənin konstitusiya məhkəməsinə verilməsi barədə presedent olmadığı deyilir. Xatırladaq ki, Almaniya parlamenti tərəfindən qondarma erməni soyqırımı haqqında qətnamə bu ilin iyunun 2-də qəbul edilib.(Musavat.com) Вернуться назад |