1DD3263E

Dünya şöhrətli boksçu, 74 yaşında vəfat edən Məhəmməd Əlinin həyat yolundan fraqmentləri Amerikanın səsi radousuna istinadla təqdim edirik.

1942 — Yanvar ayının 17-də Kassius Kley kimi ABŞ-ın Kentuki ştatının Luizvil şəhərində dünyaya göz açıb.

1954 — Velosipedi oğurlanandan sonra boks məşqlərinə başlayır. Növbəti 6 ildə Kley 6 dəfə Kentuki Qızıl Əlcək, 2 dəfə ABŞ Qızıl Əlcək çempionluğunu və 2 dəfə AAU (Həvəskar İdman Birliyi) kubokunu qazanır.

1960 — 
Kley Romada keçirilən Yay Olimpiya Oyunlarında polşalı Zbiqnev Pietrzikovskimi 5-0-lıq tam qələbə ilə məğlub edərək yüngül çəkililər arasında qızıl medala yiyələnir. Oktyabr ayında o, ilk peşakar döyüşünü Tunney Hunsaker-ə qarşı qələbə ilə başa vurur.

1964 — Fevralın 25-də Kley dövrünün favoriti olan Sonny Listona qarşı döyüşə çıxır. Döyüşdən əvvəl rəqibini "çirkin qoca ayı” adlandıran Kley 7-ci raundun sonunda Listonu nokautla məğlub edərək ağır çəkililər arasında dünya çempionu olur və bu döyüşdən sonra bütün diqqətlər Kleyə yönəlir. O, Listonla döyüşdən sonra özünü "The Greatest” – boks tarixinin ən möhtəşəmi adlandırır və bu ad bir daha unudulmur.

Fevralın 26-da Kley İslam İcmasına qoşulur və martın 6-da adını rəsmi olaraq Məhəmməd Əliyə dəyişir.

1966 — Öz dini inancını əsas gətirərək o, hərbi xidmətdən imtina edir və Vyetnam Müharibəsində iştirak etmir.

1967 — ABŞ hökuməti onun statusunu rədd edir və Məhəmməd Əli fərariliyə görə 5 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, 10 000 dollar cərimə ödəməli olur. Nyu-York boks assosiasiyası isə onun titullarını əlindən alaraq Məhəmməd Əlinin döyüşlərdə iştirakına 3 illik qadağa tətbiq edir.

1970 — Nyu-York Ali Məhkəməsi onun boks lisenziyasını bərpa olunmasına dair qərar çıxarır.

1971 — Mart ayında Əli ağır çəkililər arasında çempion Frazier-ə qarşı döyüşə çıxır və 15-ci raundda məğlub olur.

Həmin ildə Ali Məhkəmə 1967-ci ildə onun barəsində çıxarılan fərarilik ittihamını da Əlinin üzərində götürərək bildirir ki, dini inancına görə, onun ilkin döyüşlərdə iştirakına icazə verilməməli idi.

1974 — Yanvar ayında Əli Frazier-i məğlub edir. Həmin il o, Corc Forman üzərində də qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1975 — Əli yenidən Frazier-lə döyüşür. "The Thrilla in Manila” adı ilə məşhurlaşan bu döyüşdə də Məhəmməd Əli güclü rəqibini məğlub etməyi bacarır.

1978 — Fevral ayında Əli tutilini Leon Spinksə təhvil versə də, 6 ay sonra onun üzərində qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1981 — Trevor Berbikə məğlub olan Əli dekabr ayında 39 yaşında peşəkar boksçu karyerasına son qoyduğunu bəyan edir. Məhəmməd Əli keçirdiyi 56 peşəkar döyüşdən cəmi 5-də məğlub olaraq 37 döyüşü nokautla qazanmaqla tarixə düşür.

1984 — Ona Parkinson xəstəliyi diaqnozu qoyulur.

1996 — Əli Corciya ştatının Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarının məşəlini daşıyır.

1997 — Sports Illustrated Məhəmməd Əlini "Əsrin idmançısı” adına layiq görür.

2005 — O zamanki prezident Corc Buş Məhəmməd Əlini ABŞ-ın ən ali mülki medalı olan Prezidentin Azadlıq Medalı ilə təltif edir.

2009 — Əli prezident Barak Obamanın inaqurasiya mərasiminə qatılır.

2016 — İyun ayının 3-də Arizona ştatının Feniks şəhərində vəfat edir. 3 dəfə evli olan Məhəmməd Əlinin 9 övladı olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300