Akif Qurbanov: Seçkiöncəsi real siyasi debatlar olmalıdır
 
Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin nəticələrini yoxlamalı və elan etməlidir

 

Noyabrın 18-də MSK 1 noyabr parlament seçkilərində səsvermənin yekunları haqqında protokolu təsdiq edib və təsdiq üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Elan edilmiş yekunlara əsasən, parlamentə Yeni Azərbaycan Partiyasından 71 deputat (70-i partiya siyahısı üzrə, biri öz namizədliyini irəli sürüb), 41 bitərəf və daha 10 partiyadan – Vahid Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi, "Vəhdət”, Sosial Demokrat, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Milli Qurtuluş Hərəkatı, Vətən, Sosial Rifah, Demokratik Maarifləndirmə partiyalarında 11 namizəd seçilib.

Bir dairədə seçkilərin nəticələri etibarsız sayılıb.

MSK-nın müxalifətdən olan yeganə üzvü Akif Qurbanov səsvermənin yekunları haqqında protokolu imzalamaqdan imtina edib.

O, "Turan İA"-ın müxbiri ilə söhbətində bildirib ki, seçkilər seçki kampaniyasının bütün mərhələlərində demokratik mühitin olmaması, habelə səsvermə günü kütləvi pozuntularla müşaiyət olunub, bu səbəbdən onlar azad və ədalətli hesab oluna bilməz.

İndi Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin nəticələrini yoxlamalı və elan etməlidir.(meydan.tv)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300