Albaniyanın daxili işlər naziri Sami Tahiri Tiranadakı Polis Akademiyasında olarkən İŞİD-in albanlardan ibarət "Qırmızı tuqaylar" briqadasından hədəli ismarış alıb.
Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, İŞİD-dən nazirin elektron poçtuna gələn məktubda "Parisdən sonra növbə sizlərdə - Tiranadadır" yazılıb.
Məktubu alan daxili işlər naziri Sami Tahiri yüksək vəzifəli məmurlarla təmas qurub. Albaniya prezidenti Buyar Nişani isə ölkə hökumətini toplantıya çağırıb.