Главная > Problem > İŞİD Albaniyanı da hədələdi

İŞİD Albaniyanı da hədələdi


15-11-2015, 00:19.
İŞİD Albaniyanı da hədələdi
 
Albaniyanın daxili işlər naziri Sami Tahiri Tiranadakı Polis Akademiyasında olarkən İŞİD-in albanlardan ibarət "Qırmızı tuqaylar" briqadasından hədəli ismarış alıb.
Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, İŞİD-dən nazirin elektron poçtuna gələn məktubda "Parisdən sonra növbə sizlərdə - Tiranadadır" yazılıb.

Məktubu alan daxili işlər naziri Sami Tahiri yüksək vəzifəli məmurlarla təmas qurub. Albaniya prezidenti Buyar Nişani isə ölkə hökumətini toplantıya çağırıb. 


Вернуться назад