Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ayrılan yerlərin sayı azaldılıb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, zəvvarlara ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib.

Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar getmişdi.

İndi 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidmətilərindən, 440-ı isə VİP xidmətlərdən yararlanacaq.

Kvotanın endirilmə səbəbi açıqlanmır. Ancaq bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir.

Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək  4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq  isə 3500 dollara başa gəlir.(APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300