Главная > Mənəviyyat > QMİ Həcc yerlərini azaltdı
QMİ Həcc yerlərini azaltdı2-05-2016, 18:57. |
Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ayrılan yerlərin sayı azaldılıb. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, zəvvarlara ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib. Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar getmişdi. İndi 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidmətilərindən, 440-ı isə VİP xidmətlərdən yararlanacaq. Kvotanın endirilmə səbəbi açıqlanmır. Ancaq bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir. Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollara başa gəlir.(APA) Вернуться назад |