Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın.
Bu fikri Moskvada keçirilən Avrasiya parlament sədrlərinin birinci müşavirəsində iştirak edən
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq AzərTac-ın müxbirinə müsahibəsində deyib.
O qeyd edib ki, ölkəsi bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: "Lakin Dağlıq
Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə
hər cür dəstək verməyə hazırıq”, - deyə parlamentin sədri əlavə edib.
Sərdar Ayaz Sadiq vurğulayıb ki, Pakistan Ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində
hərbi əməliyyatlara qatılmır. Amma hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə
dəstəyini də əsirgəmir.