Главная > Aktual > Pakistan: "Azərbaycan üçün ordumuzu..."

Pakistan: "Azərbaycan üçün ordumuzu..."


19-04-2016, 19:03.

Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın.

 

Bu fikri Moskvada keçirilən Avrasiya parlament sədrlərinin birinci müşavirəsində iştirak edən

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq AzərTac-ın müxbirinə müsahibəsində deyib.

 

O qeyd edib ki, ölkəsi bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: "Lakin Dağlıq

Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə

hər cür dəstək verməyə hazırıq”, - deyə parlamentin sədri əlavə edib.

 

Sərdar Ayaz Sadiq vurğulayıb ki, Pakistan Ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində

hərbi əməliyyatlara qatılmır. Amma hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə

dəstəyini də əsirgəmir.


Вернуться назад