Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, cənab Mədət Quliyevə,
Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadəyə

 

Cənablar!

Hər bir dövlətin milli təhlükəsizlik sisteminin ən vacib elementlərindən biri informasiya təhlükəsizliyidir. Hazırda dünyada açıq-aşkar informasiya savaşı gedir. Eyni zamanda cəmiyyətdaxili problemlərin bir çoxunun kökündə informasiyasızlıq dayanır. Və bundan istifadə edən bəzi xarici qüvvələr cəmiyyətimizi öz dezinformasiyaları ilə istədikləri istiqamətə yönəltməyə çalışır. 
Belə vəziyyətdə ölkənin informasiya təhlükəsizliyinin əsas mənbəyi azad, müstəqil mediadır. Bu aksiomadır, alternativi yoxdur. Azad və müstəqil medianın inkişafı və qorunmasında isə dövlət qurumları maraqlı olmalıdır.

Cənablar!

Baş redaktoru olduğum NUH İnformasiya Agentliyinə ( NUH.az saytı ) iki gündür xarici hücumlar dayanmır. Təsəsvvür edin ki, bir neçə saat ərzində sayta 22 milyon 370 min 979 ( 22.370.979 ) dəfə hücum olub. Hücumların 80 faizi Amerikadan, 10 faizi İngiltərə və Almaniyadan, qalanı isə Rusiyadan təşkil olunub. Və hazırda saytın fəaliyyətini bərpa edə bilmirik. 
Onu da qeyd edim ki, bu hal saytda ARDNŞ ilə bağlı " Neft puluna Londonda milyonluq mülklər” başlıqlı məqalə dərc olunandan sonra baş verib. Az vaxtda bu məqaləni 2 milyon 168 min 54 ( 2.168.054 ) nəfər oxuyub. Bu heç bir məntiqə sığmır. Bu açıq-aşkar təşkil olunmuş hücumdur.

Cənablar!

Sizdən artıq dərəcədə xahiş edirəm bu hücumların hansı qüvvələr tərəfindən təşkil olunduğunun müəyyən olunmasına və problemin aradan qaldırılmasına kömək edəsiniz.

 

Hörmətlə, NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300