Главная > Problem > Baş redaktor dövlət qurumlarına müraciət etdi
Baş redaktor dövlət qurumlarına müraciət etdi2-04-2016, 20:44. |
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, cənab Mədət Quliyevə,
Cənablar! Hər bir dövlətin milli təhlükəsizlik sisteminin ən vacib elementlərindən biri informasiya təhlükəsizliyidir. Hazırda dünyada açıq-aşkar informasiya savaşı gedir. Eyni zamanda cəmiyyətdaxili problemlərin bir çoxunun kökündə informasiyasızlıq dayanır. Və bundan istifadə edən bəzi xarici qüvvələr cəmiyyətimizi öz dezinformasiyaları ilə istədikləri istiqamətə yönəltməyə çalışır. Cənablar! Baş redaktoru olduğum NUH İnformasiya Agentliyinə ( NUH.az saytı ) iki gündür xarici hücumlar dayanmır. Təsəsvvür edin ki, bir neçə saat ərzində sayta 22 milyon 370 min 979 ( 22.370.979 ) dəfə hücum olub. Hücumların 80 faizi Amerikadan, 10 faizi İngiltərə və Almaniyadan, qalanı isə Rusiyadan təşkil olunub. Və hazırda saytın fəaliyyətini bərpa edə bilmirik. Cənablar! Sizdən artıq dərəcədə xahiş edirəm bu hücumların hansı qüvvələr tərəfindən təşkil olunduğunun müəyyən olunmasına və problemin aradan qaldırılmasına kömək edəsiniz.
Hörmətlə, NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli Вернуться назад |