«Nur İnşaat»ın rəhbəri Rüstəm Abdullayevin Bakıdakı adamı Fuad Abdullayevin bu «camaat»ın liderini maliyyələşdirdiyi iddia olunur 

Ötən gün «Vitr Fitnes» klub ətrafında baş qaldırmış qalmaqalla bağlı məlumat vermişdik. JAM.AZ-a müraciət edən klubun rəhbəri, tanınmış idmançı Vüqar Namazov bildirmişdi ki, «Nur İnşaat» şirkətindən yer icarəyə götürərək, fəliyyətə başlayıblar. Lakin şirkətin rəhbəri Rüstəm Abdullayev onların fəaliyyət göstərməsinə imkan vermir. 

Bu gün isə klub ətrafında cərəyan edən proseslə bağlı daha bir maraqlı məlumat ortaya çıxıb. JAM.AZ-a yazan Kamal Murad adlı oxucu bidirir ki, «Nur İnşaat» şirkətinin rəhbəri Rüstəm Abdullayev sabiq MTN şefi Eldar Mahmudovun iş dünyasındakı ən yaxın adamlarından biri olub. 

Onun sözlərinə görə, Abdullayev bir xeyli əvvəl Azərbaycandan qaçaraq, London şəhərinə sığınıb. «Bu adam London birjasında qiymətli kağızların alqı-satqısı zamanı 60 milyon dollar pul itirib. Buna görə də, şirkətlərinin çoxunu satmaq qərarına gəlmişdi».

Kamal Murad qeyd edir ki, Rüstəm Abdullayevin Bakıdakı işlərini Fuad Abdullayev adlı şəxs aparır. «Bu adam Azərbaycanda «Dəvət Camaatı»nın nümayəndəsidir. Eyni zamanda, həmin «camaatı» maliyyələşdirir. Onun «Dəvət Camaatı»nın liderləriylə London və Hindistanda görüşlər keçirdiyinə dair yetərli qədər məlumatlar var».

Sözügedən şəxs iddia edir ki, «VİTR Fitnes» klubunun bağlanmasında da məhz bu amilin böyük rolu var. Onun sözlərinə görə, «Dəvət Camaatı»nın mənəvi lideri Şeyx Abdullah Kaamli fətva verib. «Abdullah Kamali Fuada bildirib ki, həmin klubda qadın və kişilər eyni yerdə məşq etdiyi üçün oradan gələn gəlir haramdır. Ona görə də, dərhal haramdan çıxmaq üçün «VİTR Fitnes» klubun bağlanmasına çalışmalıdır». 

Kamal Murad sonda bir məqama da toxunub. O qeyd edir ki, Rüstəm Abdullayevin böyük qardaşı bir neçə il əvvəl ürək tutmasından dünyasını dəyişib. «Çeçenlərlə biznes əlaqəsi olan bu şəxsin sonradan saxtakarlıqda ittiham edilməsi və barəsində ölüm hökmünün çıxarılması qardaşını ciddi narahat edib. Rüstəm Abdullayev də vəziyyətdən çıxmaq üçün çeçenlərlə danışıqlara gedərək, onlara Bakıda dəyəri 2 milyon dollar olan villasını bağışlamaqla anlaşma əldə edib. Amma qardaşı üzləşdiyi vəziyyətdən dolayı ciddi sters keçirərək, ürək tutmasından vəfət etmişdi». 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300