Главная > Ümumi > «VİTR Fitnes»in bağlanmasının arxasından «Dəvət Camaatı»nın fitvası çıxdı
«VİTR Fitnes»in bağlanmasının arxasından «Dəvət Camaatı»nın fitvası çıxdı16-03-2016, 14:12. |
«Nur İnşaat»ın rəhbəri Rüstəm Abdullayevin Bakıdakı adamı Fuad Abdullayevin bu «camaat»ın liderini maliyyələşdirdiyi iddia olunur Ötən gün «Vitr Fitnes» klub ətrafında baş qaldırmış qalmaqalla bağlı məlumat vermişdik. JAM.AZ-a müraciət edən klubun rəhbəri, tanınmış idmançı Vüqar Namazov bildirmişdi ki, «Nur İnşaat» şirkətindən yer icarəyə götürərək, fəliyyətə başlayıblar. Lakin şirkətin rəhbəri Rüstəm Abdullayev onların fəaliyyət göstərməsinə imkan vermir. Bu gün isə klub ətrafında cərəyan edən proseslə bağlı daha bir maraqlı məlumat ortaya çıxıb. JAM.AZ-a yazan Kamal Murad adlı oxucu bidirir ki, «Nur İnşaat» şirkətinin rəhbəri Rüstəm Abdullayev sabiq MTN şefi Eldar Mahmudovun iş dünyasındakı ən yaxın adamlarından biri olub. Onun sözlərinə görə, Abdullayev bir xeyli əvvəl Azərbaycandan qaçaraq, London şəhərinə sığınıb. «Bu adam London birjasında qiymətli kağızların alqı-satqısı zamanı 60 milyon dollar pul itirib. Buna görə də, şirkətlərinin çoxunu satmaq qərarına gəlmişdi». Kamal Murad qeyd edir ki, Rüstəm Abdullayevin Bakıdakı işlərini Fuad Abdullayev adlı şəxs aparır. «Bu adam Azərbaycanda «Dəvət Camaatı»nın nümayəndəsidir. Eyni zamanda, həmin «camaatı» maliyyələşdirir. Onun «Dəvət Camaatı»nın liderləriylə London və Hindistanda görüşlər keçirdiyinə dair yetərli qədər məlumatlar var».
Kamal Murad sonda bir məqama da toxunub. O qeyd edir ki, Rüstəm Abdullayevin böyük qardaşı bir neçə il əvvəl ürək tutmasından dünyasını dəyişib. «Çeçenlərlə biznes əlaqəsi olan bu şəxsin sonradan saxtakarlıqda ittiham edilməsi və barəsində ölüm hökmünün çıxarılması qardaşını ciddi narahat edib. Rüstəm Abdullayev də vəziyyətdən çıxmaq üçün çeçenlərlə danışıqlara gedərək, onlara Bakıda dəyəri 2 milyon dollar olan villasını bağışlamaqla anlaşma əldə edib. Amma qardaşı üzləşdiyi vəziyyətdən dolayı ciddi sters keçirərək, ürək tutmasından vəfət etmişdi». Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Вернуться назад |