Ankarada güclü partlayış — 27 ölü, 75 yaralı + YENİLƏNİR

Ankara valiliyinin verdiyi rəsmi açıqlamaya görə, partlayış nəticəsində 27 nəfər ölüb, 75 nəfər isə yaralanıb.

***

Partlayışın "canlı bomba" tərəfindən törədildiyi bildirilir. Hadisə baş verən əraziyə yaxın böyük ticarət mərkəzi yerləşir. Buna görə də xeyli insanın öldüyü ehtimal olunur. Hələ ki, bu barədə rəsmi məlumat verilməyib. 

***

Polislər ikinci dəfə baş verə biləcək partlayış ehtimalına görə insanları ərazidən uzaqlaşdırır.

***

Hadisə nəticəsində artıq 5 nəfərin həlak olduğu deyilir. Ölü sayının artacağı istisna olunmur.

***

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

Partlayış Bakı vaxtı ilə saat 20:35-də Kızılay bölgəsində Atatürk parkı və Baş Prokurorluğa yaxın ərazidə baş verib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Ərazidəki maşınlara və binalara da ziyan dəyib.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. (Qafqazinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300