Mehman Cavadoğlu HARALARDADI…
Modern.az saytında "...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.Əməkdaşımız bu dəfə tanınmış jurnalist, Müsavat
başqanının keçmiş müavini Mehman Cavadoğlunun haralarda
olduğunu öyrənməyə çalışıb.
Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", "Həyat”, "Azərbaycan”,
"Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman
Cavadoğlu artıq 67 yaşına çatıb. O, indi nə aktiv jurnalistika ilə, nə də fəal
siyasətlə məşğuldur.
Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində
anadan olub. Orta təhsili İsmayıllı şəhərindəki 1 saylı məktəbdə başa vurub.
1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Jurnalistikaya 1978-ci ildə "Sovet kəndi" qəzetindəmüxbirliklə
başlayıb, 1988-ci ilə kimi burada çalışan M.Cavadoğlu şöbə müdiri vəzifəsinə
yüksəlib.
1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən -Azərbaycan
Xalq Cəbhəsi(AXC) yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi
bülletenlərinin,1990-cı il 20 yanvar hadisələrindənsonra
qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin yayılmasında
iştirak edib.
1991–1992-ci illərdə"Müxalifət" qəzetininr edaktoru olub.
1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı
olan"Həyat" qəzetininbaş redaktoru təyin edilib. Həmin
ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdəAzərbaycan
Xalq Cümhuriyyətininrəsmi orqanı olmuş "Azərbaycan" qəzetininbərpa
prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş
redaktoru işləyib.
1993-cü ilin avqust ayında Müsavat Partiyasına üzv olub. Həmin ilin sentyabr
ayında partiyanın Divan üzvü və Mətbuat və informasiya məsələləri üzrə katibi
seçilib.
1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru işləyib.
2001-ci ildə Müsavat Partiyasının 6-cı qurultayında partiya idarəçiliyində həyata
keçirilən struktur dəyişikliyindən sonra Müsavat başqanının müavini təyin
olunub.
Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik
dövrünün jurnalisti" mükafatlarını alıb, rəhbərlik etdiyi
"Rezonans" qəzeti və Müsavat Partiyasının mətbuat xidməti isə Yeni Nəsil
Jurnalistlər Birliyinin "Media açarı" mükafatına layiq görülüb.
2015-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına üzv olsa da,
sonra yenidən Müsavat Partiyasının sıralarına qayıdıb.
2019-un yanvarında Mehman Cavadogluna ağır itki üz verib. Vaxtilə bir yerdə işləyərkən
sevib ailə qurduğu həyat yoldaşı Lətafət xanımı itirib.
Bəs uzun müddətdir ortalıqda görünməyən Mehman bəy hazırda nə işlə məşğuldur?
O, bu haqda qısaca olaraq Modern.az-a danışıb:
- Vətəndəyəm, Bakıda yaşayıram. Hazırda "Ədalət” qəzetilə əməkdaşlıq edirəm,məqalələr
yazıram, arada tərcümələr də edirəm.
- Səhhətiniz necədir?
- Belə də, bu yaşda necə olar - bir gün belə, bir gün elə.
- Musavat Partiyasında hansısa statusla
qalırsınızmı?
- Sıravi partiya üzvü kimi qalıram.
- İctimai-siyasi prosesləri izləyirsiz?
- İctimai-siyasi proseslərdə iştirak etmirəm. Ancaq izləyirəm.
- Köhnə dostlar sizi axtarıb-arayırmı?
- Tədbirdən-tədbirə, ad günündən-ad gününə daha çox zəngləşirik. Bəziləri ilə
arada görüşüb çay içirik.
- Bu yaxınlarda pensiya yaşına çatmış keçmiş
başqanınız İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Bu onun
narazılığına səbəb olub və məhkəməyə müraciət edib. Siz də artıq 67
yaşındasınız. Sirr deyilsə, sizə hansı məbləğdə təqaüd kəsilib?
- Təxminən elə həmən müavinəti kəsiblər. Qocalığa görə pensiya alıram.
Mehman Cavadoğlunun sözlərinə görə,
yaşlanmaqreallıqdır, bundan qaçmaq olmaz:
"İnsan buna daxilən hazır olanda normal qarşılayır. Daxilən hazır olmayan müəyyən
adamlar ömrün getməsindən qorxur. Ömür getməlidir. Bəzi insanlar 60-65
yaşının olacağını fikirləşəndə vahiməyə düşürlər. Amma həmin yaşa çatanda
görürsən ki, bu da həyatın normal bir hissəsidir və soyuqqanlı olursan”.
Qocaman jurnalist deyir ki, bugünkü jurnalistika 30 il
öncə ilə müqayisədə yerlə göy qədər fərqlənir:
""Azərbaycan” qəzetinin baş redaktoru olduğum illərdə həmin qəzetdə hakimiyyətin
yüksək eşalonunda təmsil olunan adamlar - prezident də, parlamentin sədri də,
baş nazir də və digər nazirlər də tənqid olunurdu. Bugünkü jurnalistikada o cür
tənqidi çıraqla da axtarsanız tapa bilməzsiniz. Biz eyni kursun adamları idik.
Əlbəttə, nöqsanlar olanda tənqid edirdik. Rəsmi qəzet tənqidçi jurnalistika
yolunda idi. Eyni zamanda hakimiyyətin tərəfdarı idi”.
A.Qorxmaz
Turqay Musayev