Alimlərdən xəbərdarlıq: TikTok qadağan olunmalıdır, beyni iflic edir!

 

Çinin yaratdığı TikTok platforması bu ölkənin özündə ciddi qadağa altındadır. Çin öz uşaqlarını bu platformadan qoruyur.

Məsələn, böyüklər gecə 22:00-dan səhərə kimi TikTok-a girə bilmir. Bu müddətdə beyin dincəlməlidir və istənilən sosial şəbəkə zərərlidir. Çin də bunu gözəl anlayır.

Gecə yarıya kimi TikTok-da vurnuxan insanın gündüz normal iş qabiliyyətinin olması mümkün deyil.

Bakupost.az xəbər verir ki, Çin hökuməti uşaq və yeniyetmələrin TikTok-a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var.

Hindistanda isə TikTok ümumiyyətlə, açılmayıb.

Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada TikTok-a ancaq xüsusi VPN vasitəsilə daxil olmaq mümkündür.

Dünyanın bir çox alimləri də artıq TikTok-la bağlı narahatlıqlarını bildirir.

TikTok-a baxanda insanın gözü qarşısında 15 saniyənin içində bir neçə hətta 10 şəkil görüntü dəyişir. Dəyişən şəkillər və görüntülərə baxdıqca insanın emosiyaları da dəyişir.

Sürətlə dəyişən emosiyalar beyinin sağ yarımkürəsini iflic hala gətirir. Beyin nəyi, necə qavrayacağını çatdıra bilmir. Bu səbəbdən beyində neyronlar arasında əlaqəsiz rabitəsizlik başlayır.

Bir dəqiqə ərzində çoxsaylı görüntüyə baxan insanda "klip düşüncə" psixoloji halı formalaşır.

Çində 3500 məktəbli arasında aparılan tədqiqat göstərib ki, "klip düşüncə”yə malik uşaqlarda riyaziyyatda geriləmə, stress, əsəb, yuxu pozğunluğu, yaşına uyğun olmayan gerilik, düşüncə əskikliyi yaranıb.

Bundan qorxuya düşən alimlər ümumiyyətlə, uşaqlara TikTok-un qadağan olunmasını irəli sürüblər.

Onlar hesab edir ki, azyaşlı uşaqların beyni və düşüncəsi hələ formalaşma ərəfəsində olduğu üçün TikTok-un təsiri fəciəvi olacaq.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300