Alimlərdən xəbərdarlıq: TikTok qadağan olunmalıdır, beyni
iflic edir!
Çinin yaratdığı TikTok
platforması bu ölkənin özündə ciddi qadağa altındadır. Çin öz uşaqlarını bu
platformadan qoruyur.
Məsələn, böyüklər gecə 22:00-dan səhərə kimi TikTok-a girə bilmir. Bu müddətdə
beyin dincəlməlidir və istənilən sosial şəbəkə zərərlidir. Çin də bunu gözəl
anlayır.
Gecə yarıya kimi TikTok-da vurnuxan insanın gündüz normal iş qabiliyyətinin
olması mümkün deyil.
Bakupost.az xəbər verir ki, Çin hökuməti uşaq və yeniyetmələrin
TikTok-a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi
40-45 dəqiqə bu platformaya çıxışı var.
Hindistanda isə TikTok ümumiyyətlə, açılmayıb.
Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də
Yaponiyada TikTok-a ancaq xüsusi VPN vasitəsilə daxil olmaq mümkündür.
Dünyanın bir çox alimləri də artıq TikTok-la bağlı narahatlıqlarını bildirir.
TikTok-a baxanda insanın gözü qarşısında 15 saniyənin içində bir neçə hətta
10 şəkil görüntü dəyişir. Dəyişən şəkillər və görüntülərə baxdıqca insanın
emosiyaları da dəyişir.
Sürətlə dəyişən emosiyalar beyinin sağ yarımkürəsini iflic hala gətirir.
Beyin nəyi, necə qavrayacağını çatdıra bilmir. Bu səbəbdən beyində neyronlar
arasında əlaqəsiz rabitəsizlik başlayır.
Bir dəqiqə ərzində çoxsaylı görüntüyə baxan insanda "klip düşüncə"
psixoloji halı formalaşır.
Çində 3500 məktəbli arasında aparılan tədqiqat göstərib ki, "klip düşüncə”yə
malik uşaqlarda riyaziyyatda geriləmə, stress, əsəb, yuxu pozğunluğu, yaşına
uyğun olmayan gerilik, düşüncə əskikliyi yaranıb.
Bundan qorxuya düşən alimlər ümumiyyətlə, uşaqlara TikTok-un qadağan
olunmasını irəli sürüblər.
Onlar hesab edir ki, azyaşlı uşaqların beyni və düşüncəsi hələ formalaşma ərəfəsində
olduğu üçün TikTok-un təsiri fəciəvi olacaq.
Вернуться назад
|