Boris Conson öldürülən millət vəkilini belə xarakterizə etdi

 

Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amess İngiltərənin Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, deputat hadisə yerində həyatını itirib.

Polisin verdiyi məlumata görə, 25 yaşlı şəxs şübhəli qismində saxlanıb.

Baş nazir Boris Conson öldürülən millət vəkilini xeyirxah, gözəl və mülayim insan kimi xarakterizə edib. O, hadisədən çox kədərləndiyini və şok keçirdiyini bildirib: "Deyvid bu ölkəyə və onun xoş gələcəyinə inanan bir adam idi. Bu gün gözəl bir dövlət xadimini, çox sevilən bir dostumuzu və həmkarımızı itirdik”, deyə baş nazir bildirib.


Aytən Abbaslı

APA

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300