Главная > Mövqe > Boris Conson öldürülən millət vəkilini belə xarakterizə etdi
Boris Conson öldürülən millət vəkilini belə xarakterizə etdi15-10-2021, 23:57. |
Boris Conson öldürülən millət vəkilini belə xarakterizə etdiBritaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amess İngiltərənin Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb. APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, deputat hadisə yerində həyatını itirib. Polisin verdiyi məlumata görə, 25 yaşlı şəxs şübhəli qismində saxlanıb. Baş nazir Boris Conson öldürülən millət vəkilini xeyirxah, gözəl və mülayim insan kimi xarakterizə edib. O, hadisədən çox kədərləndiyini və şok keçirdiyini bildirib: "Deyvid bu ölkəyə və onun xoş gələcəyinə inanan bir adam idi. Bu gün gözəl bir dövlət xadimini, çox sevilən bir dostumuzu və həmkarımızı itirdik”, deyə baş nazir bildirib.
APA
Вернуться назад |