Tunis prezidenti Beji Kaid əs-Səbsi bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, vəsaitlər həlak olan güc strukturlarının əməkdaşlarının
və mülki şəxslərin ailələrinə yardım, həmçinin, ölkənin təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün nəzərdə tutulub.
Tunisin baş naziri Həbib əs-Sid dövlət başçısının bu təşəbbüsünü nümunə götürərək, hökumət üzvlərini
və yüksək vəzifəli məmurları bir günlük maaşlarını terrorçuluqla mübarizəyə ianə etməyə çağırıb.
İanələrin toplanması məqsədi ilə Tunis poçtunda xüsusi hesab açılıb.