Главная > Ölkə > Tunis prezidenti bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib

Tunis prezidenti bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib


12-03-2016, 22:47.
Tunis prezidenti bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib
Tunis prezidenti Beji Kaid əs-Səbsi bir aylıq maaşını terrorçuluqla mübarizəyə ianə edib. 

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, vəsaitlər həlak olan güc strukturlarının  əməkdaşlarının
və mülki şəxslərin ailələrinə yardım, həmçinin, ölkənin təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün nəzərdə tutulub.  
 
Tunisin  baş naziri Həbib əs-Sid dövlət başçısının bu təşəbbüsünü nümunə götürərək, hökumət üzvlərini
və yüksək vəzifəli məmurları bir günlük maaşlarını terrorçuluqla mübarizəyə ianə etməyə çağırıb.   
 
İanələrin toplanması məqsədi ilə Tunis poçtunda xüsusi hesab açılıb.  

Вернуться назад