Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
Tovuz rayonunda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, martın 6-dan 16-dək olan müddətdə rayon ərazisindəki qəbiristanlıqdakı 3 məzarın kənarına çəkilmiş məhəccərin alüminiumdan olan hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Fətəliyev saxlanılıb.