Главная > Kriminal > Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı


24-03-2021, 18:27.

                Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

 

Tovuz rayonunda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, martın 6-dan 16-dək olan müddətdə rayon ərazisindəki qəbiristanlıqdakı 3 məzarın kənarına çəkilmiş məhəccərin alüminiumdan olan hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Fətəliyev saxlanılıb.

 


Вернуться назад