Dünyada koronavirusdan ölənlər 40 mini keçib: Türkiyə yoluxmaya görə ilk onluqdadır-SON SİYAHI

 

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları son günlər sürətlə artmaqda davam edir. Hələ ki, bu virusa qarşı vaksin hazırlanmayıb.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 828 min 305 nəfər, ölənlərin ümumi sayı isə 40 min 735 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son bir neçə saatda ABŞ-da koronavirusa yoluxanların sayı 12 min 730, ölənlər isə 290 nəfər olub. Bildirək ki, gün üçün ümumi rəqəmlər axşam saatlarında açıqlanacaq.Ümumilikdə bu ölkədə 176 min 518 nəfər koronavirusa yoluxan, 3 min 431 nəfər bu virusdan ölən var. ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 75 min 795 nəfər koronavirusa yoluxan, 1550 nəfər isə ölən var.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, İspaniya, Çin, Almaniya gəlir. İtaliyada koronavirusa saatlarda yoluxanların sayı 4 min 53 nəfər, ölənlərin sayı 837 nəfərdir. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 105 min 792 nəfər, ölənlərin ümumi sayı isə 12 min 428 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.
İtaliyadan sonrakı sıraya İspaniya yüksəlib. Bu ölkədə yoluxma və ölüm halları sürətlə gedir. Belə ki, son saatlarda İspaniyada bu virusa 6 min 461 nəfər yoluxub, 553 nəfər ölüb. Ümumilikdə bu ölkədə 94 min 417 nəfər yoluxan, 8 min 269 nəfər ölən var.
Çində isə gün ərzində 79 nəfər yoluxub, 5 nəfər ölüb. Bu, ötən günlərlə müqayisədə yoluxma sayının artması deməkdir. Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 518) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 305 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb.

Almaniyada son saatlarda 1295 nəfər yoluxub, 37 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 68 min 180 nəfər, ölən isə 682 nəfərdir.

Almaniyadan sonrakı sırada İran yer alıb. İran hələ ki, beşliyə daxil olmasa da burada gün ərzində 3 min 110 nəfər yoluxub, 141 nəfər ölüb. Ümumilikdə bu ölkədə 41 min 605 nəfər koronavirusa yoluxan, 2 min 898 nəfər ölən var.

Qardaş Türkiyə də yoluxanların sayına görə dünyada ilk onluğa daxil olub. Bu gün Türkiyədə 2 min 704 nəfər koronavirusa yoluxub, 46 nəfər ölüb. Ümumilikdə bu ölkədə 13 min 531 nəfər yoluxan, 214 nəfər ölən var.

Ümumilikdə dünyada hazırda 613 min 116 nəfər koronavirus xəstəsi var. Onlardan 30 min 910 nəfərinin vəziyyəti ağırdır.

Bu gün dünyada koronavirusa ümumilikdə 43 min 646 nəfər yoluxub, 2 mim 967 nəfər isə ölüb.

Ekspertlər hesab edirlər ki, aprel ayında dünyada koronavirusa yoluxma halı pik həddə çatacaq. Sonra isə azalan xətt üzrə dəyişəcək.

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300