Главная > Araşdırma > Dünyada koronavirusdan ölənlər 40 mini keçib: Türkiyə yoluxmaya görə ilk onluqdadır- SON SİYAHI
Dünyada koronavirusdan ölənlər 40 mini keçib: Türkiyə yoluxmaya görə ilk onluqdadır- SON SİYAHI31-03-2020, 21:59. |
Dünyada koronavirusdan ölənlər 40 mini keçib: Türkiyə yoluxmaya görə ilk onluqdadır-SON SİYAHIDünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları son günlər sürətlə artmaqda davam edir. Hələ ki, bu virusa qarşı vaksin hazırlanmayıb. Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 828 min 305 nəfər, ölənlərin ümumi sayı isə 40 min 735 nəfərdir. Siyahıda birinci yerdə ABŞ-dır. Son bir neçə saatda ABŞ-da koronavirusa yoluxanların sayı 12 min 730, ölənlər isə 290 nəfər olub. Bildirək ki, gün üçün ümumi rəqəmlər axşam saatlarında açıqlanacaq.Ümumilikdə bu ölkədə 176 min 518 nəfər koronavirusa yoluxan, 3 min 431 nəfər bu virusdan ölən var. ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 75 min 795 nəfər koronavirusa yoluxan, 1550 nəfər isə ölən var. Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk
beşlikdə ABŞ-dan sonra İtaliya, İspaniya, Çin, Almaniya gəlir. İtaliyada
koronavirusa saatlarda yoluxanların sayı 4 min 53 nəfər, ölənlərin sayı 837 nəfərdir.
Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 105 min 792 nəfər, ölənlərin
ümumi sayı isə 12 min 428 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ
birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir. Almaniyada son saatlarda 1295 nəfər yoluxub, 37 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 68 min 180 nəfər, ölən isə 682 nəfərdir. Almaniyadan sonrakı sırada İran yer alıb. İran hələ ki,
beşliyə daxil olmasa da burada gün ərzində 3 min 110 nəfər yoluxub, 141 nəfər
ölüb. Ümumilikdə bu ölkədə 41 min 605 nəfər koronavirusa yoluxan, 2 min 898 nəfər
ölən var. Ümumilikdə dünyada hazırda 613 min 116 nəfər koronavirus xəstəsi var. Onlardan 30 min 910 nəfərinin vəziyyəti ağırdır. Bu gün dünyada koronavirusa ümumilikdə 43 min 646 nəfər yoluxub, 2 mim 967 nəfər isə ölüb. Ekspertlər hesab edirlər ki, aprel ayında dünyada koronavirusa yoluxma halı pik həddə çatacaq. Sonra isə azalan xətt üzrə dəyişəcək. Əli Rais, musavat.com
Вернуться назад |