Zaur Əliyevin "İrəvan-100” kitabı çapdan çıxdı

 

28 may Azərbaycan Cümhuriyyətinin 100 ili və 29 may İrəvan şəhərinin böyük dövlətlərin təyziqi ilə ermənilərə güzəştə gedilməsinin 100 illiyinə həsr edilən, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "İrəvan-100” kitabı çapdan çıxdı. Kitab Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan, Britaniya arxiv sənədləri əsasında və bu istiqamətdə çap olunan tədqiqatlara əsaslanaraq hazırlanıb. Kitabda nadir fotolar və xəritələr də öz əksini tapıb. "Erməni psixalogiyası” və "Erməni xəstəliyi” bölmələri ilə kitaba giriş verilib. Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu hissənin hazırlanmasında xarici və yerli psixaloq və həkimlərlə müzakirlər edilib.
Kitabda "İrəvanın tarixi”, "Gülüstan müqaviləsi (1813)”, "Türkmənçay müqaviləsi (1828)”, "Batum konfransı və beynəlxalq münasibətlər”, "Cənubi Qafqazda böyük güclərin maraqları” və "İravanın güzəşti” başlığında mövzular öz əksini tapıb.
Məlumadur ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Kitabda bu məsələlərlə yanaşı Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kİtabın redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun elmi işçisi Səbuhi Hüseynovdur.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300