Главная > Ədəbiyyat > Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxdı.
Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxdı.29-05-2018, 17:26. |
Zaur Əliyevin "İrəvan-100” kitabı çapdan çıxdı
28 may Azərbaycan Cümhuriyyətinin 100 ili və 29 may İrəvan
şəhərinin böyük dövlətlərin təyziqi ilə ermənilərə
güzəştə gedilməsinin 100 illiyinə həsr edilən, siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent Zaur Əliyevin "İrəvan-100”
kitabı çapdan çıxdı. Kitab Azərbaycan,
İran, Türkiyə, Rusiya, Gürcüstan, Britaniya arxiv sənədləri əsasında və bu
istiqamətdə çap olunan tədqiqatlara əsaslanaraq hazırlanıb. Kitabda nadir
fotolar və xəritələr də öz əksini tapıb. "Erməni psixalogiyası” və "Erməni xəstəliyi”
bölmələri ilə kitaba giriş verilib. Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan
xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu
hissənin hazırlanmasında xarici və yerli psixaloq və həkimlərlə müzakirlər
edilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kİtabın redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun elmi işçisi Səbuhi Hüseynovdur. Вернуться назад |