Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı

 

 

"AF holdinq” və "Uğur 97”-nin sahibi olan sahibkar Azay Möhnətov dövlət büdcəsinə ödəmələrini yubatmaq üçün müxtəlif nüfuzlu şəxslərin adından sui-istifadə və spekulyasiyalar edirmiş...

Son aylarda vergi sistemində, o cümlədən vergi ödəyicilərinə münasibətdə ciddi dəyişiklər, islahatlar həyata keçirilir. Bu sahədə sahibkarların, iş adamlarının xeyrinə kifayət qədər addımlar atılır.


Habelə, yeni vergilər naziri Mikayıl Cabbarovun qarşıya qoyduğu prioritetlərdən biri də iri vergi ödəyicilərinin büdcədən vəsait yayındırmalarının qarşısının alınması ilə bağlıdır.

Əldə etdiyimiz məlumata görə sabiq nazir Fazil Məmmədovun zamanında bir sıra iri vergi ödəyiciləri ən müxtəlif yollarla dövlət büdcəsinə etməli olduqları ödəmələri illərlə yubadıblar. Əgər bunun bir qisminə hansısa məsuliyyətsiz vergi əməkdaşı (artıq onlar görəvdən alınıblar –red.) ilə əlbirlik səbəbindən göz yumulubsa, bəzi iş adamları da borclarını ödəməkdən yayınmaq, illərlə ödəməmək, gecikdirmək üçün müxtəlif nüfuzlu şəxslərin adından istifadə ediblər.

Redaksiyamıza bununla bağlı maraqlı bilgilər daxil olub. Xəbər ondan ibarətdir ki, son illərdə ölkəmizə turist axınının güclənməsi səbəbindən dövlətin müvafiq strukturları bu sahədə çalışan sahibkarlıq subyektlərində daha əlverişli şəraitin yaranmasında maraqlıdırlar. Onlara xüsusi diqqət ayrılır ki, ölkəmizdə turizmin inkişafına nail olunsun. Təəssüf ki, bundan sui-istifadə hallarına yol verən, onlara yaradılan imtiyazlardan, güzəştlərdən sui-istifadə edən, büdcədən yayınmalara yol verən sahibkarlar da az deyil.

Fazil Məmmədov ile ilgili görsel sonucu
Vergilər sistemindəki yeniliklər, sahibkarlara yönəlik müsbət addımların stimullaşdırılması prosesində turizm sahəsində çalışanlarla onlara dəstək məqsədi ilə aparılan araşdırmalar zamanı o da üzə çıxıb ki, həmin sahibkarlar arasında yaradılan şəraitə rəğmən dövlət büdcəsinə vergiləri ödəməyənlər də var.

 

Azay Möhnətov ile ilgili görsel sonucu
Musavat.com-a daxil olan məlumata görə, onlardan biri də "AF Holdinq”in sahibi əslən Şamaxıdan olan sahibkar Azay Xasay oğlu Möhnətovdur. Xatırladaq ki, onun biznes şəbəkəsinə Novxanı qəsəbəsində yerləşən "AF hotel Aqua Park", Rəşid Behbudov küçəsində fəaliyyət göstərən "Aqua Park", "AF Centre" ticarət mərkəzi və "AF Bank" daxildir. Habelə Azay Möhnətov "Uğur 97” tikinti şirkətinin sahibidir, şəhərin mərkəzi küçələrində binalar inşa edib. Eyni zamanda o, Xırdalan dairəsi yaxınlığındakı – Ekologiya postu ilə üzbəüz yerləşən "Eurohome" adını daşıyan böyük bir tikinti bazarının sahibidir.

 

632967_241x241.jpg (21 KB)
Vergi sistemindəki islahatlar prosesi çərçivəsində turizm sahəsində çalışanlara diqqətli yanaşmalar göstərilməsi üçün Azay Möhnətovun da fəaliyyətinə nəzər salınıb. Bu zaman o da bəlli olub ki, A.Möhnətov illərdir vergi ödəməkdən yayınır və hazırda onun dövlət büdcəsinə ödəməli olduğu külli miqdarda vergi borcu var. Daha sonra onun bu borcu nədən ödəməməsi ilə bağlı araşdırmalar aparılanda bəlli olub ki, bu, heç də onun zəif gəlirlə çalışması, ödəmə imkanları olmaması ilə bağlı deyil. Əksinə, son illərdə onun real gəlirləri kifayət qədər yüksəlib. Müşahidələrdən də aydın olur ki, ölkəyə gələn ərəb və digər ölkələrdən olan turistlər Novxanıdakı dəniz kənarındakı istirahət mərkəzlərinə xüsusi önəm verirlər. Bu isə həmin obyektlərin gəlirlərinin yüksəlməsi deməkdir.

Buna rəğmən vergiləri ödəməməsi üçün isə Azay Möhnətov "maraqlı” bir variant seçib: vergi gecikdirmələrinə, borclarına göz yumulması üçün müxtəlif mötəbər, nüfuzlu şəxslərin adından istifadə edib, kimliyi ilə bağlı spekulyasiyalara yol verib! Sabiq nazir Fazil Məmmədovun dövründə o, bu variantla vergi borclarına göz yumulmasına nail olub. Daha doğrusu, iddiaya görə, o, 2015-ci ilin payızınadək yaxın münasibətlərdə olduğu sabiq MTN generalları, hazırda isə həbsdə olan Akif Çovdarov və Elçin Quliyevlə, habelə həbsdə olarkən intihar etmiş polkovnik İlqar Əliyevlə yaxın münasibətlərdə olub. Bu haqda mediada xeyli yazılar da dərc olunub. Möhnətov həmin generalların dəstəyi ilə müxtəlif qanunsuzluqlarını pərdələyə, eyni zamanda vergilərdən yayına bilirmiş. Bu şəxslər həbs olunduqdan sonra isə vergi borclarını ödəməkdən yayınmaq üçün qəribə bir metod seçib – hörmətli, nüfuzlu şəxslərin adından spekulyasiya etmək. Amma yeni şəffaflıq prosesində isə onun utancverici şəkildə müəyyən şəxslərin adını hallandırması, öz kimliyini spekulyasiya etməsi mümkün olmayıb. Buna görə Azay Möhnətovun ciddi tənbeh ediləcəyi qaçılmazdır.

Mənbə istisna etmir ki, bu ifşasından sonra Vergilər Nazirliyi onun obyektlərində ciddi vergi yoxlamalarına başlayacaq.

M.Mahrızlı,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300