Главная > Cəmiyyət > Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı
Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı5-05-2018, 10:42. |
Məşhur iş adamının ağlasığmaz vergidən yayınma variantı
"AF holdinq” və "Uğur 97”-nin sahibi olan sahibkar Azay Möhnətov dövlət büdcəsinə ödəmələrini yubatmaq üçün müxtəlif nüfuzlu şəxslərin adından sui-istifadə və spekulyasiyalar edirmiş... Son aylarda vergi sistemində, o cümlədən vergi ödəyicilərinə münasibətdə ciddi dəyişiklər, islahatlar həyata keçirilir. Bu sahədə sahibkarların, iş adamlarının xeyrinə kifayət qədər addımlar atılır.
Redaksiyamıza bununla bağlı maraqlı bilgilər daxil olub. Xəbər ondan ibarətdir ki, son illərdə ölkəmizə turist axınının güclənməsi səbəbindən dövlətin müvafiq strukturları bu sahədə çalışan sahibkarlıq subyektlərində daha əlverişli şəraitin yaranmasında maraqlıdırlar. Onlara xüsusi diqqət ayrılır ki, ölkəmizdə turizmin inkişafına nail olunsun. Təəssüf ki, bundan sui-istifadə hallarına yol verən, onlara yaradılan imtiyazlardan, güzəştlərdən sui-istifadə edən, büdcədən yayınmalara yol verən sahibkarlar da az deyil.
Buna rəğmən vergiləri ödəməməsi üçün isə Azay Möhnətov "maraqlı” bir variant seçib: vergi gecikdirmələrinə, borclarına göz yumulması üçün müxtəlif mötəbər, nüfuzlu şəxslərin adından istifadə edib, kimliyi ilə bağlı spekulyasiyalara yol verib! Sabiq nazir Fazil Məmmədovun dövründə o, bu variantla vergi borclarına göz yumulmasına nail olub. Daha doğrusu, iddiaya görə, o, 2015-ci ilin payızınadək yaxın münasibətlərdə olduğu sabiq MTN generalları, hazırda isə həbsdə olan Akif Çovdarov və Elçin Quliyevlə, habelə həbsdə olarkən intihar etmiş polkovnik İlqar Əliyevlə yaxın münasibətlərdə olub. Bu haqda mediada xeyli yazılar da dərc olunub. Möhnətov həmin generalların dəstəyi ilə müxtəlif qanunsuzluqlarını pərdələyə, eyni zamanda vergilərdən yayına bilirmiş. Bu şəxslər həbs olunduqdan sonra isə vergi borclarını ödəməkdən yayınmaq üçün qəribə bir metod seçib – hörmətli, nüfuzlu şəxslərin adından spekulyasiya etmək. Amma yeni şəffaflıq prosesində isə onun utancverici şəkildə müəyyən şəxslərin adını hallandırması, öz kimliyini spekulyasiya etməsi mümkün olmayıb. Buna görə Azay Möhnətovun ciddi tənbeh ediləcəyi qaçılmazdır. Mənbə istisna etmir ki, bu ifşasından sonra Vergilər Nazirliyi onun obyektlərində ciddi vergi yoxlamalarına başlayacaq. M.Mahrızlı,
Вернуться назад |