Onların şəhidliyindən 1il ötür- 6 şəhidin həyat yolu

 

2017-ci il fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin şəhadətindən 1il ötür

Qaziler.az xəbər verir ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.


Şəhid olmuş hərbi qulluqçudan biri Ağdam rayonunun Mərzili kənd sakini olan 1988-ci il təvəllüdlüZülfü Qədimovdur. O, müddətdən artıq hərbi xidmətdə olub. Məcburi köçkün kimi isə Beyləqan şəhərində məskunlaşıblar. Z.Qədimov 19 fevral 2012- ci ildə ailə qurub. Övladı yoxdur. Şəhid Zülfü Qədimov yaşadığı Beyləqan rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.


Baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub. Hərbçimiz şəhid olmamışdan 6 ay öncə ailə həyatı qurubmuş.


Digər şəhidimiz baş leytenant Tural Həşimlida yeni ailə qurubmuş və o da dünyaya göz açacaq övladını görmədən həlak olub. Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunun, Dırnış kəndində dünyaya göz açıb. Şəhidimiz doğulduğu yerdə də dəfn olunub.


Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayorAqşin Abdullayevdir. Aqşin Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Şəhid mayorumuzun 3 övladı var. Aqşin Abdullayev də fevralın 28-də doğulduğu kənddə dəfn olunub.


Həmin gecə şəhid olan digər hərbi qulluqçumuz əsgər Zakir Cəfərovdur. Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakının Keşlə qəsəbəsində anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 saylı məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin "Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasına qəbul olunub. Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub. O döyüş vaxtı yaralı komandirini döyüş meydanından çıxarmaq istəyərkən şəhid olub.


Həmin gecə yaralanan və sonradan şəhid olanElvin Əhmədov1997-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Şəhidin məzarı anadan olduğu kənd qəbiristanlığındadır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300