Onların şəhidliyindən 1il ötür- 6 şəhidin həyat
yolu
2017-ci il fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində,
Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin
şəhadətindən 1il ötür
Qaziler.az xəbər verir ki, düşmən təxribatının
qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev,
baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş
Zülfü Rəhim oğlu Qədimov, əsgər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu
Əhmədovdur.
Şəhid olmuş hərbi qulluqçudan biri Ağdam rayonunun Mərzili kənd sakini olan
1988-ci il təvəllüdlüZülfü Qədimovdur. O, müddətdən artıq hərbi xidmətdə
olub. Məcburi köçkün kimi isə Beyləqan şəhərində məskunlaşıblar. Z.Qədimov 19
fevral 2012- ci ildə ailə qurub. Övladı yoxdur. Şəhid Zülfü Qədimov yaşadığı
Beyləqan rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər
kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn
olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub. Hərbçimiz şəhid olmamışdan 6
ay öncə ailə həyatı qurubmuş.
Digər şəhidimiz baş leytenant Tural Həşimlida yeni ailə qurubmuş və
o da dünyaya göz açacaq övladını görmədən həlak olub. Tural Haşımlı 1988-ci ildə
Ordubad rayonunun, Dırnış kəndində dünyaya göz açıb. Şəhidimiz doğulduğu yerdə
də dəfn olunub.
Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayorAqşin
Abdullayevdir. Aqşin Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Şəhid
mayorumuzun 3 övladı var. Aqşin Abdullayev də fevralın 28-də doğulduğu kənddə dəfn
olunub.
Həmin gecə şəhid olan digər hərbi qulluqçumuz əsgər Zakir Cəfərovdur.
Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakının Keşlə qəsəbəsində anadan olub.
2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 saylı məktəbdə orta təhsilini başa
vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində
İnşaat Kollecinin "Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri”
ixtisasına qəbul olunub. Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında
dəfn olunub. O döyüş vaxtı yaralı komandirini döyüş meydanından çıxarmaq istəyərkən
şəhid olub.
Həmin gecə yaralanan və sonradan şəhid olanElvin Əhmədov1997-ci ildə
Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Şəhidin məzarı anadan olduğu kənd
qəbiristanlığındadır.
Вернуться назад
|