Neftçala Su Nəqliyyat idarəsində özbaşnalıq-ŞİKAYƏT

Redaksiyamıza daxil olan,adının hallandırılmasını istəməyən mənbənin verdiyi məlumat bizi çaş-baş saldı

Mənbənin bildirdiyinə görə Nəqliyyatda Baş Polis İdarəsinin Su nəqliyyatında polis idarəsinin Neftçala şöbəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar Babayev Neftçala rayon Qarabucaq kənd sakini Süleyman adlı vətəndaşı öz evinin yaxınlarında kür çayından balıq ovlayarkan tutaraq zorla öz mülki (niva) maşınlarına basıblar.
Məlumatı verən mənbənin sözlərinə görə, Rəis Azər Cəfərov balıqçıdan 200 manat məbləğində pul tələb edib. Onunla razılaşmayan rayon sakini Süleyman adlı vətəndaşı zorla maşına basıb Bakı şəhərinə yola çıxıblar. Lakin maşını idarə edən Anar Babayev sürət həddini aşaraq maşını çevirib, nəticədə Anar Babayev və Süleyman adlı vətəndaş ağır yaralanıb.
Məlumatı verən mənbə sonda onu da qeyd edib ki, Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov Neftçala rayonunda üsyan çıxarmaq istəyir, Çünki rəisin "pul yığan əli” adlandırılan Anar Babayevə balıqçılardan kim aylıq pul vermirsə həmən adam döyülür, söyülür və həbslə hədələnir.
Anar isə həmişə sinəsinə döyərək bildirir ki, yuxarıda adamım var, heç kim mənə heçnə edə bilməz. Məsələ ilə bağlı Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərovla əlaqə saxlamağa çalışsaqda, qeyri-iş günü olduğundan bu istəyimiz alınmadı.

Onu da qeyd edə ki, adları çəkilən şəxslərində mövqeyin dərc etməyə hazırıq.//MilliYol.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300