Neftçala Su Nəqliyyat idarəsində özbaşnalıq-ŞİKAYƏTRedaksiyamıza daxil olan,adının hallandırılmasını istəməyən
mənbənin verdiyi məlumat bizi çaş-baş saldı
Mənbənin bildirdiyinə görə Nəqliyyatda Baş Polis İdarəsinin Su nəqliyyatında
polis idarəsinin Neftçala şöbəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar
Babayev Neftçala rayon Qarabucaq kənd sakini Süleyman adlı vətəndaşı öz evinin
yaxınlarında kür çayından balıq ovlayarkan tutaraq zorla öz mülki (niva)
maşınlarına basıblar.
Məlumatı verən mənbənin sözlərinə görə, Rəis Azər Cəfərov balıqçıdan 200 manat
məbləğində pul tələb edib. Onunla razılaşmayan rayon sakini Süleyman adlı vətəndaşı
zorla maşına basıb Bakı şəhərinə yola çıxıblar. Lakin maşını idarə edən Anar
Babayev sürət həddini aşaraq maşını çevirib, nəticədə Anar Babayev və Süleyman
adlı vətəndaş ağır yaralanıb.
Məlumatı verən mənbə sonda onu da qeyd edib ki, Neftçala Su Nəqliyyat polis
idarəsinin rəisi Azər Cəfərov Neftçala rayonunda üsyan çıxarmaq istəyir, Çünki
rəisin "pul yığan əli” adlandırılan Anar Babayevə balıqçılardan kim aylıq pul
vermirsə həmən adam döyülür, söyülür və həbslə hədələnir.
Anar isə həmişə sinəsinə döyərək bildirir ki, yuxarıda adamım var, heç kim mənə
heçnə edə bilməz. Məsələ ilə bağlı Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi
Azər Cəfərovla əlaqə saxlamağa çalışsaqda, qeyri-iş günü olduğundan bu istəyimiz
alınmadı.
Onu da qeyd edə ki, adları çəkilən şəxslərində mövqeyin dərc etməyə hazırıq.//MilliYol.Az
Вернуться назад
|