İranın Məşhəd şəhərini etirazlar bürüdü –"Ruhaniyə
ölüm” şüarları səsləndirildi
İranın Məşhəd şəhərində 2009-cu ildən bəri ən böyük müxalifət aksiyası keçirilib.
Avropa.info xəbər verir ki, sabiq İran prezidenti Əhmədinejata
yaxın saytlardan birinin yaydığı fotolarda Məşhəd və Kaşmər şəhərlərində xeyli
adamın etiraz aksiyasına çıxdığı görünür. Etirazçılar çətin yaşayış şəraitinə
etiraz edərək, aksiyada "Ruhaniyə ölüm” şüarı səsləndiriblər.
Bəzi sosial şəbəkə istifadəçiləri bunu "İran baharı” kimi təqdim ediblər.
İSNA agentliyinə müsahibə verən Məşhəd valisi Məhəmməd Rahim Nuriziyan Şühəda
meydanında icazəsiz olaraq toplaşan etirazçıları aksiyasının dağıdıldığını, bəzilərinin
saxlanıldığını deyib. Vali əhalinin yaşayış şəraiti ilə bağlı etirazını
anladığını, ancaq icazəsiz aksiyanın qanunsuz olduğunu bildirib.