Главная > Aktual > İranın Məşhəd şəhərini etirazlar bürüdü – “Ruhaniyə ölüm” şüarları səsləndirildi

İranın Məşhəd şəhərini etirazlar bürüdü – “Ruhaniyə ölüm” şüarları səsləndirildi


29-12-2017, 18:09.

İranın Məşhəd şəhərini etirazlar bürüdü –"Ruhaniyə ölüm” şüarları səsləndirildi

 

İranın Məşhəd şəhərində 2009-cu ildən bəri ən böyük müxalifət aksiyası keçirilib.

Avropa.info xəbər verir ki, sabiq İran prezidenti Əhmədinejata yaxın saytlardan birinin yaydığı fotolarda Məşhəd və Kaşmər şəhərlərində xeyli adamın etiraz aksiyasına çıxdığı görünür. Etirazçılar çətin yaşayış şəraitinə etiraz edərək, aksiyada "Ruhaniyə ölüm” şüarı səsləndiriblər.

Bəzi sosial şəbəkə istifadəçiləri bunu "İran baharı” kimi təqdim ediblər.

İSNA agentliyinə müsahibə verən Məşhəd valisi Məhəmməd Rahim Nuriziyan Şühəda meydanında icazəsiz olaraq toplaşan etirazçıları aksiyasının dağıdıldığını, bəzilərinin saxlanıldığını deyib. Vali əhalinin yaşayış şəraiti ilə bağlı etirazını anladığını, ancaq icazəsiz aksiyanın qanunsuz olduğunu bildirib.


Вернуться назад