m11

Bu gün Yasamal rayonunda "Məhsul” stadionunda Müsavat Partiyası seçicilərlə görüş-mitinqi keçirib.

"Basta” xəbər verir ki, sözügedən ünvan 15 saylı Yasamal Seçki Dairəsinin ərazisidi. Həmin ərazidə Müsavat Partiyasının namizədi keçmiş başqan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərdi. 
Görüş-mitinqində 15 saylı seçki dairəsinin seçiciləri və müsavatçılar iştirak edib.

Mitinq Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılsa da, siyasi məhbusların şəkilləri olan plakatlar meydana buraxılmayıb. Müsavat Partiyasının başqanı Arif Hacılı mitinqdə çıxışı zaman polisin siyasi məhbusların fotolarının mitinq iştirakçılarının əllərindən alınmasını tənqid edib.

"Görüş-mitinqin təşkilatçılarına siyasi məhbusların portretlərinin Məhsul stadiona keçirməsinə imkan verilmir. Hakimiyyət qondarma ittihamlarla həbs etdirdiklərinin hətta şəkillərindən də qorxur”, - deyə Arif Hacılı çıxışında bildirib. Bundan sonra mitinq iştirakçıları siyasi məhbusların fotoları olan və polisin əzdiyi plakatları geri alaraq istifadə ediblər.

İsa Qəmbər isə çıxışında hakimiyyəti doumuş məhlula bənzədib: "Hakimiyyət, Əliyev rejimi təkcə nefti, Azərbaycanın digər sərvətlərini oğurlamır, həm də bizim həyatımızı oğurlayırlar. Bu rejimin sonu gəlməkdədir. Bu rejimin başçıları özləri hər il "gələn il daha yaxşı olacaq” deyirdilər, amma indi İlham Əliyev etiraf edir ki, "gələn il çətin olacaq”. Bu rejim doymuş məhlula bənzəyir, özü-özünü inkar etməyə başlayıb”.
Mitinqdə Müsavatın yeganə qadın namizədi Dilşad Nağıyeva, partiyanın məclis sədri Nüşabə Sadıqlı, partiyanın 71 saylı Masallı Seçki Dairəsindən namizədi Xasay Fərzulla, 59 saylı Salyan Seçki Dairəsindən namziədi Valeh Hümmətoğlu, həmçinin Müsavatın 123 Kəlbəcər saylı seçki dairəsindən dəstəklədiyi, keçmiş Daxili işlər naziri İsgəndər Həmidov da çıxış ediblər.


m11

m7

m16

m15

m14

m13

m12

m11

IMAG0484

m9

m8

m7

IMAG0474

 [

IMAG0488

m3

m2

m1

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300