Zimbabve prezidenti istefa təklifini rədd etdi
Zimbabve pezidenti Robert Muqabe hərbçilərlə danışıq
zamanı istefaya getməkdən imtina edib.
Teleqraf.com-un məlumatına görə, ölkənin hərbi qüvvələrinə yaxın mənbə deyib ki, pezident bununla vaxt udmaq istəyir.
Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.